Missiyamız və viziyonumuz 

Missiyamız

Biz Azərbaycanda və Azərbaycan üçün yaşayır, onun tərəqqisi və inkişafı uğrunda çalışırıq.Əsas missiyamız hər bir kəsi yeni, yüksək keyfiyyətli və lazımi məhsullarla təmin etməkdir. 

Devizimiz: "İnsan həyatını və rifahını qorumaq, onu daim yaxşılaşdırmaq". 

 Missiyamızın həyata keçirilməsində biz aşağıdakı prinsipləri rəhbər tuturuq:

  • Müştərilər, partnyorlar və əməkdaşlar qarşısındakı öhdəliklərinə sadiq qalan etibarlı şirkət nüfuzunu təsdiq etmək;
  • Mövcud texnologiyaları təkmilləşdirməklə qarşıya qoyulmuş məsələlərin yeni həlli yollarını inkişaf etdirmək;
  • İşçilərimizin professionalığını artırmaqla, onlarla birlikdə inkişaf etmək; 
  • Müştərilərimizin tələbatına və əməkdaşlarımızın yaradıcı potensialına uyğun olaraq şirkətlər qrupunun fəaliyyət sahələrni genişləndirmək.

VİZİYONUMUZ 

  • Fəaliyyət göstərdiyimiz bütün sahələrdə tanınan və müştərilərimiz tərəfindən qəbul edilən liderlik mövqeyini gücləndirmək;
  • Etibarlı tərəfdaş olmaq, biznesdə şəffaflığı və ədalətli rəqabəti qorumaq;
  • Uğurlu fəaliyyətimizlə Azərbaycanın iqtisadi inkişafına töhfələr vermək, qlobal resurslardan səmərəli istifadə etməklə xalqımızı keyfiyyətli və zövqlü məhsullarla təmin etmək.